“Avro-2020”nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb
UEFA-nın baş katibi Teodor Teodoridis Bakıda işgüzar səfərdədir.

Səfər çərçivəsində UEFA rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə “Avro-2020”nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər 667 dəfə oxundu.