“Amerikalılar da yaxşı təsir bağışladılar”
“İlk oyun həmişə çətin olur, istədiyin kimi alınmır. Bizim üçün yalnız ikinci hissə çətin keçsə də, qələbə qazana bildik”. İdman.com.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının basketbolçusu Fuad Niftəliyev deyib.
Təcrübəli oyunçu Qırğızıstanın Bişkek şəhərində keçirilən Novruz-2012 beynəlxalq turnirində ABŞ-ın AİA klubu ilə matçı şərh edib.

Oyunun bombardiri olan (30 xal) Fuad bildirib ki, rəqib yaxşı təsir bağışlasa da, qələbə qazanmalarına (84:72) mane olmayıb: “Əlbəttə, hər şey – meydan, top və s. yeni idi. Amma biz buna daha tez uyğunlaşdıq ki, bu da rəqibi məğlub etməyimizlə nəticələndi. Amerikalılar da yaxşı təsir bağışladılar”.

Xəbər 1783 dəfə oxundu.