“Neftçi” futbol klubunda iki təyinat gerçəkləşib
“Neftçi” futbol klubunda iki təyinat gerçəkləşib.

Kamal Quliyev “Neftçi” Futbol Akademiyasının baş seleksiyaçısı, Eldəniz Yusifov isə əsas komandanın baş meneceri vəzifəsinə təyin olunub.

Kamal Quliyev 1997-2002-ci illər ərzində “Neftçi”də çıxış edib və 135 oyunda 24 qol vurub. 1999-cu ildə Azərbaycan kubokunun qalibi olmuş K.Quliyev 2011-2014-cü illərdə əsas komandada məşqçi vəzifəsini yerinə yetirib.

Eldəniz Yusifov isə 2005-2017-ci illərdə AZAL futbol klubunda müxtəlif vəzifələrdə çalışıb.

Xəbər 661 dəfə oxundu.