Binəqədi rayonunda rayon birinciliyi keçirilib
İyunun 2-3-də Binəqədi rayonu R.Aboyev adına mədəniyyət və istirahət parkında vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə sakinlər arasında “Dama”, “Şahmat” və “Nərd” oyunları üzrə rayon birincilikləri keçirilib.

Yarışın nəticələrinə görə “Dama” idman növü üzrə Sultan Mirzəyev birinci, Teyyub Həsənov ikinci, Sabir Muradov üçüncü yerə sahib olublar. “Şahmat” idman növündə İbrahim Seyidov, Səyyad Əliyev, Sabit Hacıyev müvafiq olaraq birinci, ikinci, üçüncü yerlərə layiq görülüblər. “Nərd” idman növündə Mahmud Məmmədov ilk, Aydın Babayev ikici, Əli Kazımov üçüncü yeri tutublar.

Sonda qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Xəbər 556 dəfə oxundu.