“Borussiya” yeni baş məşqçisinin adını rəsmən açıqlayıb
“Borussiya” futbol klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Dortmund klubunun yaydığı xəbərə görə, bu vəzifəyə Peter Bos təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb.

Peter Bos ötən mövsüm “Ayaks”ı çalışdırıb və komandanı Avropa liqasının finalına qədər daşıyıb. “Borussiya” “Ayaks”a 3 milyon avro təzminat ödəyəcək. Bosun özü isə 4 milyon avro məvacib alacaq.

Xatırladaq ki, Tuxelin gedişindən sonra komandaya Lüsyen Favrın gəlişi söylənilsə də “Nitsa” onu buraxmayıb.

Xəbər 1032 dəfə oxundu.