Futbol üzrə 2022-ci il dünya çempionatı baş tutmaya bilər
Xəbər verildiyi kimi, 2022-ci ildə dünya çempionatına ev sahibliyi etməli olan 7 dövlət eyni vaxtda Qətər ilə diplomatik əlaqələri kəsib. Beynəlxalq Futbol Federasiyası (FİFA) bununla əlaqədar Qətərin ətrafında yaranmış vəziyyəti diqqətlə izləyir.

FİFA-nın mətbuat xidmətindən bu haqda verilən məlumatda deyilir: “FİFA “Qətər-2022”nin təşkilat komitəsi ilə, habelə 2022-ci il dünya çempionatının təchizatı üzrə ali komitə ilə daim əlaqə saxlayır. Bu mövzuda əlavə şərh verməyəcəyik”.

Blokada ilə əlaqədar yayılmış şayiələrə görə, 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərin 7 şəhərində - Doha, Lusail, Al Vakr, Al Xore, Al Rayan, Ümm-əs-Salal və Mədinət-əş-Şamal şəhərlərində keçirilməsi nəzərdə tutulan dünya çempionatı ləğv edilə bilər.

FİFA-nın sponsorlarından olan “Qatar Airways” aviaşirkəti qonşu ölkələrin hava məkanının blokadaya alınması üzündən ciddi itkilərə məruz qalır.

Xəbər 690 dəfə oxundu.