Masallıda futbol üzrə açıq rayon birinciliyi keçirilib
Masallıda 28 May - Respublika Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında keçirilən futbol üzrə açıq rayon birinciliyi başa çatıb.

Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Təzə-Alvadı kənd stadionunda keçirilən yarışda 14 komanda qələbə uğrunda mübarizə aparıb.

Açıq rayon birinciliyində bütün oyunları qələbə ilə başa vuran “Göytəpə” komandası birinci, “Təzə-Alvadı” komandası ikinci, “Binə Xocavar” komandası üçüncü yerlərə layiq görülüblər.

Qaliblər kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 659 dəfə oxundu.