Ən gülcü ağırlıqqaldıranlar məlum olub
Ölkəmizin ağırlıqqaldıranları yenidən bir araya gəliblər. İdman.com.az saytının məlumatına görə, bu dəfə yarış məkanı paytaxtada deyil, əyalətdə olub. İsmayıllı Olimpiya İdman Kompleksində təşkil edilmiş mübarizədə 9 çəkidə 100-ə yaxın idmançı iştirak edib.

Gərgin rəqabətdə kişilər arasında Məhəmməd Seyidov (56 kq), Rauf Nəbiyev (62 kq), Firudin Quliyev (69 kq), Sərdar Həsənov (77 kq), Namiq Cəmilov (85 kq), Nailxan Nəbiyev (94 kq), İntiqam Zairov (105 kq) və Azər Məmmədli (+105 kq) qalib adını qazanıblar. Qadınlar yarışında mütləq çəkidə Yuliya Dovqal fərqlənib.

Xəbər 1192 dəfə oxundu.