Formula-1 ilə bağlı metronun 3 stansiyasının iş qrafikində dəyişiklik ediləcək
İyunun 23-25-də Bakının mərkəzi küçələrində baş tutacaq Formula-1 Azərbaycan Qran-Prisi ilə bağlı Bakı metrosunun 3 stansiyasının iş qrafikində dəyişiklik ediləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, “Bakı Şəhər Halqası” “Bakı Metropoliteni” QSC-yə tədbirlərdə iştirak edəcək tamaşaçıların rahat daşınması üçün metronun iş saatının uzadılmasını xahiş edib. İyunun 23-25-də keçiriləcək tədbirlərlə əlaqədar metronun “28 May”, “Sahil”, “İçərişəhər” metro stansiyalarının iş rejimi artırılacaq, tədbirlərin keçirilməsi ilə əlaqədar zərurət yaranarsa bütün sərnişinlərin daşınması təmin olunacaq.

Xəbər 630 dəfə oxundu.