“Fənərbağça” ilk transferini reallaşdırıb
“Fənərbağça” futbol klubu ilk transferini reallaşdırıb. İstanbul təmsilçisi “Trabzonspor”dan Mehmet Ekicini rənglərinə bağlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Transferin detalları haqqında isə məlumat verilməyib.

Qeyd edilib ki, iyunun 17-də ictimaiyyətə təqdim ediləcək yarımmüdafiəçi Türkiyə millisinin üzvüdür. Ekici 2014-cü ildə “Verder”dən “Trabzonspor”a keçmişdi.

Xəbər 651 dəfə oxundu.