Azərbaycan-Şimali İrlandiya oyununu ispaniyalı hakimlər briqadası idarə edəcək
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan-Şimali İrlandiya oyununun hakimləri müəyyənləşib.

Görüşün baş hakimi ispaniyalı Xavyer Estrada olacaq. Ona həmyerliləri Migel Martines və Teodoro Sobrino kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandro Hernandes yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Xəbər 675 dəfə oxundu.