Kapoeyraçılarımız Avropa çempionatına hazırlaşırlar
Kapoeyra üzrə milli komandamız yenidən bir araya gəlib. İdman.com.az saytının məlumatına görə, məqsəd İtaliyada keçiriləcək Avropa çempionatında iştirak etməkdir. Apennində ölkəmiz 15 idmançı təmsil olunacaq. Yarış 11-13 mayda Padova şəhərində təşkil ediləcək. Təşkilatçı Beynəlxalq Kapoeyra Federasiyasıdır.

Xəbər 2689 dəfə oxundu.