“Milan” klubu “Atalanta”nın yarımmüdafiəçisini iki mövsümlük icarəyə götürüb
“Milan” futbol klubu transfer çalışmalarını davam etdirir.

İtaliya təmsilçisi “Atalanta”nın yarımmüdafiəçisi Frank Kessieni iki mövsümlük icarəyə götürüb.

Qeyd edək ki, F.Kessie ötən mövsüm A seriyasında 30 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər 694 dəfə oxundu.