“Səbail” klubu iki futbolçu ilə birillik müqavilə imzalayıb
“Səbail” futbol klubu yeni mövsüm üçün ilk transferlərini həyata keçirib.

Kamal Qurbanov və Emin Mehtiyev klub ilə birillik müqavilə imzalayıblar.

“Neftçi”nin yetirməsi olan 23 yaşlı müdafiəçi Kamal Qurbanov bu klubun əsas komandasında həm Premyer Liqada, həm də avrokuboklarda çıxış edib.

Son olaraq “Zaqatala”nın formasını geyən Emin Mehtiyev də “Neftçi”nin yetirməsi hesab olunur. U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş 24 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Neftçi”nin əsas komandasında avrokubok həyacanı yaşamaqla yanaşı, “Abşeron”un heyətində də çıxış edib.

Xəbər 639 dəfə oxundu.