Cüdoçularımız Avropa çempionatında bir qızıl, üç gümüş medal qazanıblar
Rumıniyanın paytaxtı Buxarest şəhərində iyunun 3-4-də keçirilən cüdo üzrə Avropa açıq çempionatında Azərbaycan milli komandası 4 medal qazanıb.

Ölkəmizi mötəbər yarışda təmsil edən cüdoçulardan Tural Safquliyev qızıl, Hüseyn Rəhimli, Fəqan Quluzadə və Uşanqi Kokauri isə gümüş medala sahib olublar.
Qeyd edək ki, 29 ölkədən 376 idmançının (244 kişi, 132 qadın) mübarizə apardığı turnirdə ölkəmiz 15 cüdoçu (13 kişi, 2 qadın) ilə təmsil olunub.

AZƏRTAC

Xəbər 710 dəfə oxundu.