Voleybol üzrə İsrail millisi dünya çempionatının seçmə mərhələsini qələbə ilə başa vurub
İyunun 3-də Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu günün ilk qarşılaşması Norveç və İsrail voleybolçuları arasında oynanılıb.

İsrail millisi görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.

Matçın birinci setində İsrail təmsilçiləri 25:19 hesabı ilə üstün olublar. Lakin Norveç yığması ikinci hissədə rəqiblərini böyük hesabla məğlub edib – 25:15. Qarşılaşmanın üçüncü və dördüncü setində israillilər təşəbbüsü ələ alaraq asanlıqla qalib gəliblər – 25:17 və 25:15. Beləliklə, İsrail millisi turnirdə ikinci qələbəsini qazanıb.

Günün mərkəzi qarşılaşması Azərbaycan və Hollandiya yığmaları arasında keçiriləcək. “E” qrupunun sonuncu matçında isə Ukrayna və Danimarka komandaları üz-üzə gələcəklər

Xəbər 705 dəfə oxundu.