Kişi həndbolçularımız yoldaşlıq oyununda qüvvələrini sınayıblar
Azərbaycanın gənclərdən ibarət həndbol yığma komandası təlim-məşq toplanışına start verib.

Kişi həndbolçularımız hazırlıq çərçivəsində Gürcüstanın “Batumi” klubu ilə iki yoldaşlıq oyunu keçiriblər.

“ABU Arena”da təşkil olunan hər iki matçda həndbolçularımız müvafiq olaraq 31:27 və 35:30 hesabı ilə qalib gəliblər.

Xəbər 1109 dəfə oxundu.