“Xəzər Lənkəran” – “Bakı” oyunu ertələnib
Unibank Premyer Liqasının XXIV turunda keçirilməli olan “Xəzər Lənkəran” – “Bakı” matçı təqvim üzrə baş tutmayacaq. İdman.com.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının qərarı ilə sabah Lənkəranda təşkil edilməli olan görüş 1 gün sonraya salınıb. Buna səbəb, ölkə ərazisində hökm sürən kəskin hava şəraitidir. Oyun martın 19-da saat 17:00-da başlayacaq.

Xəbər 909 dəfə oxundu.