“Red Bull” komandası Formula-1 Azərbaycan Qran-Prisi üçün maraqlı süjet hazırlayıb
“Red Bull” komandası iyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi üçün maraqlı süjet hazırlayıb.

20 gündən sonra Formula-1 Azərbaycan Qran-Prisinin bütün iştirakçıları ölkəmizdə olacaqlar. Dünyanın ən məşhur pilotları bolidlərinin sükanları arxasında gözəl Bakımızın küçələrində birincilik uğurunda mübarizə aparacaqlar.

Çempionatda iki komanda ilə təmsil olunan “Red Bull” qarşıdakı yarış üçün maraqlı çağırış videosu təqdim edib. Videoda ön plana çıxarılan ölkəmizin sürət rəmzi - Qarabağ atı “Red Bull” komandasının RB13 maşını ilə xəyalən yarışır. Süjetin sonunda bütün sürətsevərlər yarışı izləməyə dəvət olunurlar.

Xəbər 720 dəfə oxundu.