Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan atçılığın konkur üzrə beynəlxalq turnir başlayıb
İyunun 2-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan atçılığın konkur üzrə beynəlxalq turnir başlayıb.

Turnirdə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Gürcüstan və İranı təmsil edən 19 idmançı və 34 at iştirak edir. Üç gün davam edəcək yarışın ümumi mükafat fondu 78 min 800 manat təşkil edir.

“Ramana” İstirahət Mərkəzindəki “Buta Golden” Atçılıq Klubunun yaşıl meydançasında təşkil olunan yarışları Azərbaycan, Rusiya, İran, Türkiyə, Ukrayna və Fransadan olan hakimlər kollegiyası idarə edir.

Bu turnir Qafqaz Liqasına daxil olan idmançıların Dünya Kubokuna təsnifat mərhələsi hesab edilir. Eyni zamanda, final yarışı idmançılara “Longines” dünya sıralaması üçün də 50 xal toplamaq imkanı verir.

Final yarışı iyunun 4-də keçiriləcək.

Xəbər 1364 dəfə oxundu.