Lionel Messi: “Barselona”dan heç yana getməyəcəm
Son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messi gələcək karyerasına toxunub. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, 25 yaşlı argentinalı hücumçu ona bir sıra klubların böyük marağının olmağına baxmayaraq, “Barselona”dan getmək fikrində olmadığını bildirib:

“Mənim ideyam – həmişə “Barselona”da qalmaq və qalan karyeramı burada keçirməkdir. Gələcəyin necə olacağını heç vaxt bilmirsən. Ancaq qərar məndən asılı olsa, onda “Barsa”da qalacağam. Bu, sadəcə, yaşımla bağlıdır. Ona görə də bununla heç nəyi müqayisə edə bilmərəm. Fikrimcə, “Barselona” dünya futbol tarixində ən yaxşı komandadır”.

İspaniyalı baş məşqçisi Xosep Qvardiola haqda yüksək fikirdə olan Messi çox qol vurmağının sirrini də açıqlayıb. O, məhsuldarlığının artmağında bunda çalışdırıcının rolunu qeyd edib:

“Komanda Qvardiolanın gəlişindən sonda daha yaxşı oynamağa başladı. O, məni qapıya yaxın qoydu. Buna görə də əvvəlki vaxtla müqayisədə daha çox qol vurmağa başladım. Məşqlərimiz daha yaxşı oldu, hər oyunu isə final matçı kimi keçiririk. Qvardiola hər şeyi özünəməxsus edir və nəticəsi onun dünyada ən yaxşı məşqçi olduğunu göstərir”.

Xəbər 1127 dəfə oxundu.