Voleybol üzrə Norveç millisi dünya çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb
İyunun 2-də Bakı İdman Sarayında qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində dördüncü günün ilk qarşılaşması Danimarka və Norveç voleybolçuları arasında oynanılıb.

Norveç millisi görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.

Matçın ilk hissəsində danimarkalı voleybolçular 25:21 hesabı ilə qalib gəliblər. Lakin Norveç təmsilçisi oyunda dönüş yaratmağa nail olub. Belə ki, ardıcıl üç hissəni müvafiq olaraq 25:21, 25:23 və 25:15 hesablı üstünlüklə bitirən norveçlilər turnirdə ilk qələbələrini qazanıblar.

Xəbər 724 dəfə oxundu.