İranlı idmançı: Bakıda unudulmaz anlar yaşadıq
Bakıda keçirilən IV İslam Həmrəylik Oyunları idmançılara unudulmaz anlar yaşatdı.

Bu sözləri AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəylik Oyunlarında pnevmatik tapançadan (10m) atıcılıq növü üzrə yarışlarda qızıl medal qazanan Nərgiz Gülnejad deyib.

İranı təmsil etməkdən və vətəninə qızıl medalla qayıtmaqdan qürur hissi duyan idmançı bildirib ki, yarışlar zamanı və asudə vaxtlarda idmançılara böyük qayğı ilə yanaşılırdı. Təşkilatçılıq yüksək səviyyəli idi. İdman arenaları yeni və standartlara uyğun tikilib.

Bakını gəzdiyini deyən N. Gülnejad şəhərin axşam işıqlandırılmasının xüsusi ilə gözəl olduğunu qeyd edib. Dənizkənarı Milli Parkın isə istirahət üçün əla məkan olduğunu bildirib.

Xəbər 2330 dəfə oxundu.