Futbol üzrə Azərbaycan millisi FIFA reytinqində 11 pillə irəliləyib
FIFA milli komandaların reytinq siyahısını açıqlanıb.

Azərbaycan yığması reytinq siyahısında 11 pillə irəliləyərək 439 xalla 76-cı yerdə qərarlaşıb. Robert Prosineçkinin yetirmələri ay ərzində aktivlərinə əlavə 53 xal yazdırıblar.

Reytinq siyahısına 1715 xalla Braziliya millisi başçılıq edir. Argentina 1626 xalla ikinci, Almaniya isə 1511 xalla üçüncü yerdə qərarlaşıblar.

FIFA milli komandaların növbəti reytinq siyahısını iyulun 6-da açıqlayacaq.

Xəbər 1426 dəfə oxundu.