"Qarabağ" klubunda istirahət başa çatır
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" klubunda istirahət başa çatır.

Ağdam təmsilçisi sabah klubun bazasında bir araya gələcək. Milli komandaların düşərgəsində olan futbolçular istisna olmaqla kollektivin digər üzvləri məşqlərdə iştirak edəcək.

Qeyd edək ki, hazırlığın ilk hissəsini paytaxtada keçirəcək "Qarabağ" daha sonra Avstriyaya təlim-məşq toplanışına yola düşəcək.

Xəbər 1267 dəfə oxundu.