Badminton üzrə zona birinciliyində 120 idmançı mübarizəyə qoşulub
Mayın 31-də Xaçmaz Olimpiya İdman Kompleksində yeniyetmə oğlan və qızlar arasında badminton üzrə zona birinciliyinə start verilib.

Qalib adı uğrunda Bakı, Sumqayıt, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Şirvan, Lənkəran və Laçını təmsil edən komandalar mübarizə aparır. Birinciliyə, ümumilikdə, 120 yeniyetmə idmançı qatılıb.

Xaçmaz və Şəmkirdə keçirilən zona yarışlarında yer tutan komandalar finalda yarışacaq.

Yeniyetmələrin XI Respublika Oyunlarının proqramına daxil olan badminton üzrə yarışların final mərhələsi sentyabr ayında Tovuzda keçiriləcək.

Xəbər 557 dəfə oxundu.