Voleybolçu qızlarımız dünya çempionatının seçmə mərhələsində Ukrayna yığmasına qalib gəliblər
Azərbaycanın qadın voleybolçuları dünya çempionatının seçmə mərhələsinin qrup oyunları çərçivəsində növbəti görüşü də qələbə ilə başa vurublar.

Mayın 31-də Bakı İdman Sarayında keçirilən oyunda milli komandamız Ukrayna yığması ilə qarşılaşıb. Faiq Qarayevin yetirmələri qarşılaşmada hər üç setdə qələbə qazanıblar - 25:17, 25:17, 25:21.

Komandamız növbəti oyunda Danimarka yığması ilə qarşılaşacaq.

Xəbər 716 dəfə oxundu.