Gənc cüdoçular arasında açıq Bakı birinciliyinə yekun vurulub
“Sərhədçi” İdman Olimpiya Kompleksində 23 yaşadək gənclər arasında cüdo üzrə açıq Bakı birinciliyinə yekun vurulub.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında müxtəlif çəki dərəcələrində qızıl medallara Əkbər Quliyev (73 kq), Orxan Quliyev (81 kq), Cavid Muradov (90 kq), Vasif Şərbətli (100 kq) və Vüsal Orucov (100 kq-dan yuxarı) sahib olublar.

İki gün davam edən paytaxt birinciliyində qalib idmançılar medal və diplomlarla mükafatlandırılıblar.

Fəxri kürsünün yüksək pilləsinə qalxan cüdoçulara mükafatları Azərbaycan Cüdo Federasiyasının rəsmiləri və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri təqdim ediblər.

Xəbər 1096 dəfə oxundu.