Kaxaber Sxadadze: "Neftçi" revanş almaq arzusundadır
"Neftçi" ilə matç bizim üçün çox vacibdir. Biz anlayırıq ki, oyun çox çətin olacaq və buna görə komanda görüşə ciddi hazırlaşır". İdman.com.az-ın xəbərinə görə, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib. Unibank Premyer Liqasının XXIV turunda qarşılaşacaqları "Neftçi" ilə oyuna toxunan gürcüstanlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bu haqda belə danışıb:

"Hazırda futbolçuların çiyinlərinə böyük fiziki və psixoloji yük düşür. Oyunçuların funksional baxımından hazır olmaları bizim üçün çox vacibdir. “Neftçi” turnir cədvəlində birinci yerdə olan güclü komandadır.

Biz “Neftçi”ni iki dəfə məğlub etmişik, amma bunun əhəmiyyəti yoxdur. Həmin qələbələr keçmişdə qaldı. Qələbələr bizə hər hansı bir üstünlük vermir. Əksinə, psixoloji planda “Neftçi”yə üstünlük verir. Rəqib komandanın futbolçuları revanş almaq arzusundadırlar, onlar oyuna maksimal dərəcədə kökləniblər".

Xəbər 1137 dəfə oxundu.