“Qəbələ” klubu heyətini İlqar Qurbanovla gücləndirib
2017/2018-ci il mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini İlqar Qurbanovla gücləndirib.

Mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirən “qırmızı-qaralar” 31 yaşlı yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalayıb.

İ.Qurbanov peşəkar futbolçu karyerasına 2004-cü ildə “Xəzər-Lənkəran”da başlayıb. 2007-ci ilədək sözügedən komandada top qovan yarımmüdafiəçi 2009-2010-cu illərdə “Olimpik-Şüvəlan”, 2011-2017-ci illərdə “Qarabağ”ın formasını geyinib.

Türkiyədə legioner həyatı yaşayan futbolçu “Sivasspor” (2007-2008-ci il), “Boluspor” (2008-2009-cu il) və “Mersin İdman Yurdu”nda (2010-2011-ci il) çıxış edib.

Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 187 matçda meydana çıxıb və 14 dəfə rəqib qapılarına yol tapıb. İlqar Qurbanov Azərbaycan milli komandasının heyətində 29 oyun keçirib və 1 qol vurub.

Xəbər 720 dəfə oxundu.