“Bakı”ya ilk müjdə samboçulardan gəldi
Yeni yaradılan “Bakı” İdman Klubu ilk nailiyyətini qazanıb. Samboçular - Ziya Namazov və Cavidan Qarayev birinci medalları gətirən idmançılar olub. Son Azərbaycan çempionatında iştirak edən hər iki atlet uğurlu çıxış edib. İlk adı çəkilən samboçu 82 kq-da bürünc mükafat qazanıb. Bu, onun üçün zəif nəticə saylıır. Çünki Ziya müxtəlif illərdə yeniyetmə və gənclər arasında dünya və Avropa birinciliklərinin qızıl və gümüş medalına sahib çıxıb.

Cavidan Qarayev həmkarından fərqli, ölkə birinciliyini ən yüksək yerdə başa vurub. Aktivində ölkə kuboku qələbəsi olan idmançımız ilk dəfə respublika çempionu olub.
Qeyd edək ki, “Bakı”nın samboçuları milli komandanın heyətində may ayında Moskvada keçiriləcək Avropa çempionatında da iştirak edəcəklər.

Xəbər 4040 dəfə oxundu.