Bayıl stadionunda qızlar və oğlanlar arasında futbol üzrə 3x3 turniri keçirilib
AFFA-nın dəstəyi ilə “Grassroots” layihəsi çərçivəsində Bayıl stadionunda qızlar və oğlanlar arasında futbol üzrə 3x3 turniri keçirilib.

Turnirdə 2008-2010-cu il təvəllüdlü qızlardan ibarət 16, 2005-2007-ci il təvəllüdlü qızlardan ibarət 19, 2008-2010-cu il təvəllüdlü oğlanlardan ibarət 16, 2005-2007-ci il təvəllüdlü oğlanlardan ibarət 32 komanda qeydiyyatdan keçib.

2008-2010-cu il təvəllüdlü qızların yarışında “Viktoriya”, 2005-2007-ci il təvəllüdlülərin mübarizəsində isə “Gömrükçü” birinci olublar.

2008-2010-cu il təvəllüdlü oğlanların yarışında “Gömrükçü”, 2005-2007-ci il təvəllüdlülərin yarışında isə “Güclülər” turnirin qalibi adını qazanıblar.

Yarışda 300-dən artıq futbolçu iştirak edib.

Xəbər 671 dəfə oxundu.