Azərbaycan qrossmeysteri Dubay turnirində iştirak edir
Dubayda BƏƏ-nin mərhum prezidenti Zayed bin Sultan Al Nahyanın xatirəsinə həsr olunmuş turnir keçirilir.

Azərbaycanı beynəlxalq qrossmeyster Elmar Məhərrəmov təmsil edir. Turnirə 25 ölkədən 135 iştirakçı, o cümlədən 10 qrossmeyster qatılıb. Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Dörd turdan sonra dörd şahmatçı yüz faiz nəticə ilə irəlidədir. Səkkiz şahmatçı, o cümlədən Elmar Məhərrəmov hərəyə 3,5 xal toplayıb.

Püşkatmanın nəticələrinə görə, Azərbaycan nümayəndəsi beşinci turda ağ fiqurlarla kubalı Valter Aransebiya Rodriquezlə görüşəcək.

Xəbər 1171 dəfə oxundu.