Akrobatlar medalları paylaşdılar
Martın 15-16-da akrobatika üzrə ölkə çempionatı keçirilib. İdman.com.az saytı xəbər verir ki, yarışda qalib adınа qadın cütlükləri arasında idman ustalarının yarışında Aynur Hüseynova/Nərmin Ramazanova, yaş kateqoriyasında Ayşə Məmmədova/Zəminə Həsənova, kişi cütlükləri arasında idman ustalarının mübarizəsində Murad Kərimov/Murad Məmmədov, yaş qrupunda Ağasif Rəhimov/Zahid Quluzadə, kişi qruplarının yarışında Emin Musayev/Canbaxış Sultanov/Bəxtiyar İbrahimov/Cəlal İbrahimov, qarışıq cütlüklərin mübarizəsində İbrahim Rəcəbli/Emiliya Nəzərli, yaş qrupu üzrə Ayxan Cəbrayılov/Ceyla Zakiryayeva layiq görülüblər.

Xəbər 1157 dəfə oxundu.