“Zirə” klubu Rəşad Sadiqov ilə birillik müqavilə imzalayıb
Növbəti mövsümə hazırlığı davam etdirən “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Təcrübəli futbolçu Rəşad Sadiqov “qartallar”ın sıralarına qoşulub. Futbolçu birillik müqaviləyə imza atılıb.

Karyerası ərzində “Şəfa”, “Qarabağ”, “Neftçi”, MOİK, “Xəzər-Lənkəran” və “Qəbələ” klublarının formasını geyən R.Sadiqov milli komandamızda da çıxış edib.

“Zirə”nin legioneri Ben Sanqare ilə danışıqlara yekun vurub. Qarşılıqlı razılaşmaya əsasən, futbolçunun karyerasını başqa yerdə davam etdirməsinə qərar verilib.

Xəbər 819 dəfə oxundu.