Çimərlik futbolu üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirəcək
İyunun 5-dən 28-dək çimərlik futbolu üzrə Azərbaycan milli komandası Su İdman Sarayının ərazisində təlim-məşq toplanışı keçirəcək.

Toplanışa Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov, Rüfət Məmmədov, Comərd Baxşəliyev, Elgiz Kərəmli və Anar Məhərrəmov dəvət olunublar.

Xəbər 671 dəfə oxundu.