“Neftçi” klubunun müdafiəçisi Gürcüstan millisinə dəvət olunub
Bakının “Neftçi” futbol klubunun müdafiəçisi Georgi Navalovski Gürcüstan milli komandasının düşərgəsinə dəvət olunub.

30 yaşlı futbolçu yoldaşlıq görüşü çərçivəsində Sent Kits və Nevis, dünya çempionatının seçmə mərhələsi çərçivəsində isə Moldova yığmalarına qarşı oyunlarda çıxış edə bilər.

Sent Kits və Nevis millisi ilə görüş iyunun 7-də Tbilisidə, Moldova ilə matç isə dörd gün sonra Kişinyovda keçiriləcək.

Xəbər 652 dəfə oxundu.