Gəncədə keçirilən şahmat yarışının qalibləri müəyyənləşib
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr edilən şahmat üzrə şəhər birinciliyinə yekun vurulub.

Yeniyetmələr arasında təşkil olun yarışda 30 məktəbli iştirak edib.

2003-2004-cü il təvəllüdlü oğlanların qrupunda yarışan Amil Hidayətov, 11-12 yaşlı oğlanlar arasındakı qrupdan isə Nuran Mərəndiskiy yoldaşları ilə keçirdiyi görüşlərdən qalib ayrılıb. 2005-2006-cı il təvəllüdlü qızların yarışmasında isə Bayramova Ləman birinciliyə yüksəlib.

Sonda qaliblər Baş İdarənin diplomları ilə təltif olunublar.

Xəbər 777 dəfə oxundu.