“Qarabağ” Gürcüstan klubları ilə qarşılaşacaq
“Qarabağ”ın 11 yaşadək futbolçulardan ibarət komandası Tbilisidə təşkil olunan Nodar Axalkatsinin xatirəsinə beynəlxalq turnirdə iştirak edir.

Iyunun 2-dək davam edəcək yarışda komandamız “A” qrupunda Gürcüstanın “İveriya”, “Olimpik” və “Champion” klubları ilə qarşılaşacaq.

“Qarabağ” ilk oyununu “İveriya” komandasına qarşı keçirəcək. Görüşlər Tbilisi “Dinamo”su akademiyasının meydançalarında oynanılacaq.

Xəbər 653 dəfə oxundu.