Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Ukrayna yığmasına məğlub olub
Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərində dünya çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununu keçirib.

Voleybolçularımız növbəti oyunda Ukrayna yığması ilə üz-üzə gəliblər.

İtaliyalı baş hakim Fabrizio Pasqualinin idarə etdiyi oyunda Ukrayna millisi 3:0 hesabı ilə qalib gəlib.

Qrup mərhələsi çərçivəsində millimiz Türkiyə və Almaniya yığmaları ilə qarşılaşıb və rəqiblərinə 0:3 hesabı ilə məğlub olub.

Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-off-da üz-üzə gələcəklər.

Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.

Xəbər 723 dəfə oxundu.