Astarada qarışıq döyüş növləri üzrə VIII açıq klublararası respublika çempionatı başa çatıb
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Astara Boks Mərkəzində keçirilən qarışıq döyüş növləri üzrə VIII açıq klublararası respublika çempionatı başa çatıb.

Yarışda Bakı şəhərini, Astara, Lənkəran, Masallı, Cəlilabad və Abşeron rayonlarını təmsil edən 125 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançılara yeni qələbə sevinci arzulayıb. O, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qazandıqları uğurları ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısının parlaq təzahürü kimi dəyərləndirib.

Sonda çempionatın qalibləri medal, diplom və kuboklarla mükafatlandırılıblar.

Xəbər 764 dəfə oxundu.