“Kəpəz” klubu üç legioneri ilə yolları ayırıb
Mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirən “Kəpəz” futbol klubu yerli oyunçular ilə yanaşı, legionerlərlə də bağlı seçimə diqqət ayırır.


Gəncə klubu ötən mövsüm komandanın heyətində çıxış etmiş 3 futbolçu ilə başa çatmış müqaviləni uzatmayıb. Kamerunlu hücumçu Julien Ebah, portuqaliyalı yarımmüdafiəçi Serjio Kosta və litvalı qolkiper Tadas Simaitis ilə yollar ayrılıb.
Müqaviləsi başa çatan və digər klublardan daha sərfəli təkliflər alan Dario Frederikonun “Kəpəz”dən gedişi məsələsi hələ öncədən məlum idi.
“Kəpəz”in rəhbərliyi bu futbolçulara komandadakı xidmətlərinə görə minnətdarlığını bildirib, gələcək karyeralarında onlara uğurlar arzulayıb.
Klub rəhbərliyi son mövsümdə komandanın şərəfini qoruyan Renan Alvesin xidmətlərində isə yenidən maraqlıdır. Odur ki, yeni anlaşma əldə etmək üçün braziliyalının agenti ilə danışıqlar davam edir.

Xəbər 651 dəfə oxundu.