Tuyqun Nadirov: «Bu o demək deyil ki, hər şey itirilib»
«İlk «altılığ» mərhələsinə uğurla başlamadıq. Amma bu o demək deyil ki, hər şey itirilib». Bunu idman.com.az saytına açıqlamasında «Xəzər Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. Onun sözunə görə, qarşıda xeyli oyun var və həmin matçlarda qənaətbəxş nəticə əldə etməklə, itkini qapamaq olar: «Mübarizə hələ qabaqdadır. Qarşıdan gələn rəqiblərimizin bir-biri ilə, bizim də onlarla oyunlarımız var. Çempionluğa şanslıyıq. İstəyirik sonda bunu gerçəkləşdirək».

Xəbər 1137 dəfə oxundu.