Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə hazırlığı Bolqarıstanda davam etdirir.

Hazırlıq prosesi çərçivəsində millimiz Bolqarıstan yığması ilə yoxlama oyunu keçirib.

Baş məşqçi Faiq Qarayevin yetirmələri yoxlama oyunundan 0:3 hesablı məğlubiyyətlə ayrılıblar.

Qeyd edək ki, dünya çempionatını seçmə mərhələsinin “E” qrupunun oyunları mayın 30-dan iyunun 3-dək Bakıda təşkil olunacaq. Millimizin yer aldığı “E” qrupunda Hollandiya, İsrail, Ukrayna, Danimarka və Norveç mübarizə aparacaq.

Xəbər 875 dəfə oxundu.