Romario da Messini “sancdı”
“Barselona”nın və Braziliya yığmasının keçmiş forvardı Romario deyib ki, kataloniya klubunun forvardı Lionel Messinin hələ onun nailiyyətlərini keçməlidir. İdman.com.az saytının məlumatına görə, Madriddə nəşr olunan “El Confidencial” qəzeti 46 yaşlı dünya çempionun sözünü belə təqdim edib: “Messi əvvəlcə Maradonanı, sonra isə məni keçməlidir. Çünki mən Maradonadan daha yaxşı futbolçu olmuşam. Əgər bunlar baş versə Lionelin qarşısında yalnız Pele və dünya çempionatında qələbə olacaq”.

Xəbər 1001 dəfə oxundu.