“Sumqayıt” növbəti transferini reallaşdırıb
2017/2018-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu növbəti futbolçunu heyətinə qatıb.

“Sumqayıt” ötən mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Rəşad Eyyubovla güclənib. İyirmi dörd yaşlı futbolçu komanda ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Sumqayıtda anadan olan Rəşad Eyyubov mütəmadi olaraq, Azərbaycanın U-17, U-19, U-21 və A milli komandalarının şərəfini qoruyub.

Xəbər 2009 dəfə oxundu.