Yeniyetmələrin Avropa çempionatında 1 qızıl və 4 bürünc medal
Serbiyanın paytaxtı Belqradda yeniyetmələr arasında Avropa çempionatı keçirilib.

Çempionatda iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıblar.

Bütün rəqiblərindən üstün olan Riyad Aslanov (42 kq) çempionatın qızıl medalını qazanıb. Bürünc medalları isə yığmamızın aktivinə Məmməd Əhmədov (53 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov və Fərid Cabbarov (hər ikisi 73 kq) yazdırıblar.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

Xəbər 758 dəfə oxundu.