U-13 qızlar Liqasının qalibləri mükafatlandırılıb
Binə stadionunda futbol üzrə U-13 qızlar Liqasının 2016/17-ci il mövsümünün qalibləri mükafatlandırılıb.

Üçüncü yer uğrunda oyunda “Şəki” 3:2 hesabı ilə “Zaqatala”nı məğlub edib. Finalda “Veqa” üzərində 4:0 hesablı qələbə qazanan “Təhsil” FM liqanın qalibi olub.

U-13 qızlar Liqasının ən yaxşı oyunçusu “Təhsil” FM-in futbolçusu İlahə Əkbərova seçilib. Ən məhsuldar oyunçu 65 qolla “Şəki”dən Nahidə Məmmədova olub.

Xəbər 615 dəfə oxundu.