Qadın stolüstü tennisçilərdən ibarət İran millisi “Bakı-2017”nin qızıl medalını qazanıb
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında stolüstü tennis üzrə komanda yarışlarının final mərhələsi keçirilib.

İslamiadanın qızıl medalı uğrunda mübarizədə Azərbaycan və İran komandaları qarşılaşıblar. Gərgin keçən qarşılaşmada İran millisi 3:1 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub. Azərbaycan tennisçiləri gümüş medalla kifayətlənməli olublar.

Yarışda üçüncü yer uğrunda görüş işə mayın 21-də baş tutub. Türkiyə idmançıları Pakistan təmsilçilərinə qalib gəliblər – 3:0

Xəbər 1825 dəfə oxundu.