Sissi Rayt: “Qələbə qazandığımız üçün məmnunam”
“Qələbə qazanmağımıza baxmayaraq, Gürcüstan yığması ilə bir müddət əvvəl keçirdiyimiz oyunlarda daha yaxşı çıxış etdiyimizi düşünürəm”. İdman.com.az saytını məlumatına görə, bu sözü Azərbaycan U-17 qızlar yığmasının baş məşqçisi Sissi Rayt deyib.

Almaniyalı mütəxəssis Moldova yığması ilə bu gün keçirilən yoldaşlıq oyunu haqda fikirlərini açıqlayaraq millimizdən tam razı qalmadığını bildirib: “Bu gün topu çox saxlayır, ötürmələri ləngidirdik. Ümumilikdə, qələbə qazandığımız üçün məmnunam”.
Qeyd edək ki, yığmamız Moldovanı 4:0 hesabı ilə məğlub edib.

Xəbər 1059 dəfə oxundu.